Azedu.az

Qara görə bu universitetdə dərslər təxirə salınıb?- RƏSMİ CAVAB

Universitetlər

21 Fevral 2025, 12:46
Qara görə bu universitetdə dərslər təxirə salınıb?- RƏSMİ CAVAB

Sosial şəbəkələrdə hava şəraitinin qeyri-sabit keçməsi ilə bağlı ADA Universitetinin tələbələri üçün dərslərin ləğv olunması ilə bağlı iddialar yayılıb.

Sözügedən məsələ ilə bağlı AzEdu.az ADA Universiteti ilə əlaqə saxlayıb.

Bildirilib ki, universitetin kampusu açıq olsa da, hava şəraiti ilə əlaqədar əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verilib:

"Lakin tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir",- deyə universitetdən məlumat verilib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox