Ölkə ərazisində müşahidə edilən hava şəraiti təkcə məktəblilərin deyil, eləcə də tələbələrin də sevincinə səbəb olub.
Bu il ilk dəfə fəaliyyətə başlayan Qarabağ Universitetinin tələbələri üçün də qış mövsümü xüsusi anlarla yadda qalıb. Onlar azad Qarabağ torpaqlarında yağan qarın sevincini yaşadılar. Universitet həyətinə düşən bəyaz örtük tələbələrin əyləncəli anlarına səbəb olub. Tələbələr ilk qarın yaratdığı gözəl mənzərənin və qış ab-havasının dadını çıxarıblar.
Qarabağ Universitetindən AzEdu.az-a bildirilib ki, ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar tələbələrimizin davamiyyətində əvvəlki günlərlə müqayisədə heç bir azalma müşahidə edilmir:
"Təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir",- deyə universitetdən məlumat verilib.
Qarabağ Universitetinin tələbələrinin ilk qar sevincini təqdim edirik: