Azedu.az

Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

Universitetlər

Elm və Təhsil Nazirliyi

20 Fevral 2025, 12:12
Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

“3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşları 2024-2025-ci tədris ili üzrə doktorantura səviyyəsində Qazaxıstanda təhsil almaq imkanı qazanıb.

AzEdu.az xəbər verir ki, seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən tələbələr bu ölkənin nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən “Al-Farabi Kazakh National University” və “Kazakh National Pedagogical University named after Abai” ali təhsil müəssisələrində linqvistika və beynəlxalq münasibətlər üzrə təhsil almaq hüququ qazanıblar.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox