Azedu.az

AzMİU-da 2025-ci ilin ilk Elmi Şura iclası keçirilib

Universitetlər

19 Fevral 2025, 17:43
AzMİU-da 2025-ci ilin ilk Elmi Şura iclası keçirilib

Fevralın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın 2025-ci ildə ilk iclası keçirilib.

AzEdu.az xəbər verir ki, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova iclasın gündəliyinə keçməzdən əvvəl Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyevi 80 illik yubileyi münasibətilə təbrik edib. O, professorun uzunmüddətli elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək onun kafedraya rəhbərlik etdiyi dövrdə göstərdiyi əzmkar və məsuliyyətli fəaliyyətini vurğulayıb.

Rektor, həmçinin professor Fəqan Əliyevin kafedranın inkişafına verdiyi töhfələri xatırladaraq, ona möhkəm cansağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıb.Daha sonra professor Gülçöhrə Məmmədova şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. İclasda universitetin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatlar təqdim edilib və 2025-ci il üçün müəyyən edilən strateji hədəflər müzakirə olunub.

İlk olaraq professor Gülçöhrə Məmmədova "AzMİU rektorluğunun 2024-cü ildə gördüyü işlər" haqqında geniş hesabatla çıxış edib. Hesabatda universitetin struktur bölmələrinin, fakültə və kafedralarının fəaliyyəti, elmi tədqiqatların nəticələri, tədris prosesindəki inkişaflar və maddi-texniki bazanın müasirləşdirilməsi ilə bağlı görülən işlər ətraflı şəkildə nəzərdən keçirilib. Rektor qeyd edib ki, 2024-cü il universitetin inkişafında mühüm irəliləyişlərə səbəb olub və bu istiqamətdə atılan addımlar AzMİU-nun gələcək strateji hədəflərinin reallaşmasına töhfə verəcək.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox