Azedu.az

Azərbaycan Universitetinin rektoru Britaniya səfirliyinin tədbirində iştirak edib

Universitetlər

19 Fevral 2025, 16:17
Azərbaycan Universitetinin rektoru Britaniya səfirliyinin tədbirində iştirak edib

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin təşkil etdiyi ənənəvi “Börns Gecəsi”ndə iştirak edib. Xarici qonaqlarla yanaşı Azərbaycanın tanınmış ziyalılarının da iştirak etdiyi tədbir Britaniya poeziyasının şotland əsilli klassik şairi Robert Börnsə həsr olunub. Rektorun tədbirdə iştirakı səfirliyin dəvəti ilə baş tutub.

AzEdu.az-a bu barədə AU-dan məlumat verilib.


Tədbirdə rektor, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və filologiya elmləri doktoru, professor Şahin Xəlillinin “Robert Börns: şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya” kitabının təqdimatı da olub. Qlazqo Universitetinin professoru Naycel Liskin ön söz yazdığı kitabda şairin həyat və yaradıcılığına dair ədəbi esselər, onun şeir və nəğmələrinin bir qisminin orijinaldan tərcümələri, eləcə də dövlət xadimi, şair və yazıçıların Börns haqqında mühakimə və şərhləri təqdim edilir. Börns yaradıcılığı çərçivəsində Azərbaycan – Şotlandiya qarşılıqlı əlaqələrinə dair rəsmi sənəd, tarixi əsərlər və yaradıcılıq nümunələri diqqətə çatdırılır.


Qeyd edək ki, Robert Börnsün dünyaya gəldiyi tarix hər il dünyanın bir çox ölkəsində böyük təntənə ilə qeyd edilir.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox