Azedu.az

Azərbaycan Universitetində tələbələrin istehsalat, elmi-pedaqoji və elmi tədqiqat təcrübəsi başlayıb

Universitetlər

18 Fevral 2025, 16:11
Azərbaycan Universitetində tələbələrin istehsalat, elmi-pedaqoji və elmi tədqiqat təcrübəsi başlayıb

Azərbaycan Universitetində 2024/2025-ci tədris ilində bakalavriat səviyyəsinin sonuncu kursunda təhsil alan tələbələrin istehsalat, magistratura səviyyəsi üzrə II kurs tələbələrinin isə elmi-pedaqoji və elmi tədqiqat təcrübələrinə start verilib.

AzEdu.az xəbər verir ki, universitet üzrə 387 tələbə istehsalat təcrübəsinə, 58 magistrant isə elmi- pedaqoji və elmi tədqiqat təcrübəsinə başlayıb. Tələbə və magistrantlar təcrübəni Azərbaycan Dövlət Turizm Agentliyi, SOCAR (State Oil Company of Azerbaijan Republic), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Bülbülün Memorial muzeyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, Psixologiya Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Probasiya xidməti kimi dövlət və özəl müəssisələrdə keçəcəklər.

Təcrübələrin başlanması münasibətilə keçirilən iclaslarda tələbələrə prosesin mahiyyəti və təşkili, o cümlədən sənədləşmə ilə bağlı məlumat verilib, suallar cavablandırılıb.


Qeyd edək ki, istehsalat təcrübəsi 25 iyun tarixində başa çatacaq. Elmi-pedaqoji təcrübə 17 fevral-14 mart 2025-ci il tarixləri arasında, elmi tədqiqat təcrübəsi isə martın 17-dən aprelin 11-dək keçiriləcək.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox