Azedu.az

Azərbaycanlı tələbə“Microsoft” şirkətində uğura imza atıb

Universitetlər

31 Yanvar 2025, 17:31
Azərbaycanlı tələbə“Microsoft” şirkətində uğura imza atıb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbəsi Aysel Rəhimli “Microsoft” şirkətində uğura imza atıb.

BANM-dən AzEdu.az-a bildirilib ki, Aysel “Microsoft Learn for Educators” proqramına müraciət edərək müvafiq mərhələləri uğurla keçib. Bununla yanaşı, o, “The Microsoft Learn Student Ambassadors” (MLSA) proqramına seçilib.

Proqram çərçivəsində Aysel şirkətin müxtəlif yarış və hakatonlarında iştirak edəcək, eyni zamanda, ona təqdim olunan “Azure” və “Microsoft” tədris materiallarından istifadə imkanı qazanacaq.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox