Azedu.az

UNEC-in Dərbənd filialına diplom blankları təqdim olunacaq - RƏSMİ

Universitetlər

27 Yanvar 2025, 13:44
UNEC-in Dərbənd filialına diplom blankları təqdim olunacaq - RƏSMİ

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının məzunlarına diplom blanklarının təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi məktub ünvanlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə "Report"a UNEC-dən bildirilib.

Qeyd olunub ki, məsələnin həlli istiqamətində nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib.

Xatırladaq ki, filialın 2023-2024-cü tədris ili üzrə məzunları sosial şəbəkədə diplom ala bilmədikləri barədə məlumat yayıblar.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox