Azedu.az

BDU-nun sabiq prorektoru vəfat edib

Universitetlər

Müəllimlər və elm adamları

13 Yanvar 2025, 15:22
BDU-nun sabiq prorektoru vəfat edib

Bakı Dövlət Universitetinin sabiq prorektoru polkovnik Rövşən Abdullayev 55 yaşında vəfat edib.

Bu barədə AzEdu.az-a BDU-nun dosenti Fikrət Şiriyev məlumat verib.

O bildirib ki, mərhumun cənazəsi sabah 14:00-da Qələbə dairəsinin yaxınlığında yerləşən mənzilindən götürüləcək.

Qeyd edək ki, Rövşən Müslüm oğlu Abdullayev 1969-cu il sentyabrın 18-də Bakıda anadan olub. BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra Milli Təhlükəsizlik orqanlarında xidmət göstərib, polkovnik rütbəsinə layiq görülüb. O, 2005–2014-ci illərə BDU-nun Ümumi işlər üzrə rektor köməkçisi vəzifəsində çalışıb.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox