Azedu.az

Rektordan təbrik mesajı - Hər şey daha da yaxşı olacaq!

Universitetlər

Müəllimlər və elm adamları

31 Dekabr 2024, 10:18
Rektordan təbrik mesajı - Hər şey daha da yaxşı olacaq!

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Professor Ədalət Muradov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətinə öz feysbuk hesabında paylaşım edib.

AzEdu.az həmin paylaşımı təqdim edir.

Əziz UNEC ailəsi,

2024-cü ilin tarixə qovuşmasına çox az vaxt qalır. 2024-cü il UNEC üçün uğurlu oldu! UNEC-in uğuruna uğur qatan hər birinizə təşəkkür edirəm. Həm də bir neçə saatdan sonra Yeni 2025-ci İli qarşılayacağıq. Yeni ildə hər birinizə, doğmalarınıza möhkəm can sağlığı, bütün xoş arzularınızın gerçəkləşməsini arzu edirəm. Allah Sizi, doğmalarınızı qorusun. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ilin Azərbaycan üçün yeni-yeni uğurlar ili olacağına inanıram.   Güclü Azərbaycanın gücünə daha çox güc qatmaq istəyilə UNEC-ə bol uğurlar arzu edirəm! Yeni 2025-ci iliniz və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününüz mübarək olsun!
Hər şey daha da yaxşı olacaq!

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox