Millətlər Liqasında Azərbaycanı böyük hesabla məğlub edən dünyanın cırtdan və ən gənc dövlətlərindən biri Kosovo öz adından söz etdirməyi bacardı.
Kosovo müstəqillik qazandıqdan sonra qısa bir zamanda iqtisadiyyat və təhsili dəyişməyə, inkişaf etməyə başladı
AzEdu.az iki gün öncəki futbol qarşılaşmasından sonra Azərbaycanda daha çox müzakirə olunmağa başlayan kiçik Kosovonun təhsili barəsində qısa məlumat verəcək:
Əvvəlcə onu qeyd edək ki, ölkədə icbari təhsil 5 ildir.
Kosovo universitetləri Avropada orta göstəricilərinə malik ali təhsil müəssisələrindən hesab edilir. Amma onlar həm də perspektivli təhsil verməklə tanınır.
Kosovoda cəmi 8 universitet var. Ölkənin qabaqcıl ali təhsil müəssisəsi Prizen şəhərində yerləşən Prizen Universitetidir. Universitetin əsası 2006-cı ildə qurulub. Bu universitetin təhsilhaqqı digər ölkələrin qabaqcıl universiteti ilə müqayisədə olduqca münasibdir.
Ölkənin ali təhsil müəssisələrində təhsil haqqı tələbələrin seçdiyi universitetlərə görə fərqlənir.
Kosovoda tələbələr üçün yaşayış şəraiti ucuz və olduqca münasibdir bu da burada təhsil almağın üstünlükləri sırasındadır.
Ölkə universitetlərində alınan diplom dünyanın bir çox ölkələrində tanınmaqdadır.
Kosovo universitetlərində türk dilində proqramlar mövcuddur və bu da ölkədə təhsil almağın avantajları sırasındadır. Kosovo ali təhsil müəssisələrində hüquq, memarlıq, inşaat mühəndisliyi kimi ixtisaslarda türk dilində təhsil almaq mümkündür.
Kosovoda tibb üzrə ali təhsil almaq əcnəbi tələbələrin ən çox istəklərindən biridir.Ölkədə tibb üzrə ali təhsil almaq istəyən əcnəbi tələbələr üçün təhsil haqqı isə olduqca sərfəlidir.
Kosovo universitetlərində inşaat mühəndisliyi ixtisasında oxumaq istəyən tələbələr illik 2500 avro ödəməlidirlər. Ölkədə hüquq üzrə təhsil isə 1800 avro-dur.
Kosovo universitetlərində məzun olan tələbələr Avropanın istənilən ölkələrində asanlıqla işlə təmin oluna bilərlər.
Qeyd edək ki, Kosovonın ali təhsil müəssisələrində təhsil almaq üçün təhsil haqqı ümumilikdə 1800-2500 avro arasındadır.