Azedu.az

“Bir çox universitet yalnız diplom verməyi bacarır” 

Universitetlər

21 Oktyabr 2024, 09:08
“Bir çox universitet yalnız diplom verməyi bacarır” 

“Təəssüf ki, bizim universitetlərin təcrübəsində tələbələrin dataları haqqında baza yoxdur, onlar müşahidə aparmırlar”.

 

Bu sözləri təhsil mütəxəssisi Elçin Əfəndi (Əfəndiyev) AzEdu.az-a açıqlamasında bildirib.

 

“Bu gün barmaqla sayılacaq qədər universitet var ki, onlar öz məzunlarını izləyirlər. Ancaq digər universitetlər tələbələri məzun olduqdan sonra onların harada nə iş gördüklərini, əmək fəaliyyətinə başlayıb-başlamadıqlarını, hansı ixtisası bitirənlərin işləmədikləri ilə bağlı məlumat bazasına sahib deyillər.

 

Əslində isə tələbələrlə maraqlanmalıdırlar. Əksər xarici ölkə universitetlərinin təcrübəsində də bu məsələ prioritet hesab edilir.  Əgər hansısa bir X ixtisasını bitirənlərin böyük hissəsi işsizdirsə, o zaman növbəti illərdə həmin ixtisasa qəbul aparmırlar, yaxud da plan yerlərini azaldırlar. Həmin yerlərin əvəzinə əmək bazarında tələbatın olduğu sahələrin tədrisinə başlayırlar. 

 

Təəssüf ki, bizim universitetlərin təcrübəsində tələbələrin dataları haqqında baza yoxdur, onlar müşahidə aparmırlar. Halbuki  dünya reytinqlərində (QS World University Rankings, ShanghaiRanking) bu müşahidələrə diqqət yetirirlər. Universitet reytinqlərinin yoxlanılması zamanı həmin ali məktəbi bitirən məzunların məşğulluq fəaliyyəti, hansı müəssisələrdə çalışmaları, universitetlə müəssisə arasında əməkdaşlıqları nəzərə alınır.

 

Yaxşı olar ki, ali təhsil müəssisələri özləri üçün məlumat bazaları yaradıb, növbəti illərlə bağlı müvafiq qərarlar alsınlar”,- deyə ekspert fikrini yekunlaşdırıb.

 

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox