Azedu.az

Universitetlər üzrə Prezident təqaüdü alacaq tələbələr - SORĞU

Universitetlər

7 Oktyabr 2024, 13:43
Universitetlər üzrə Prezident təqaüdü alacaq tələbələr - SORĞU

Xəbər verdiyimiz kimi, yüksək bal toplayan 102 tələbəyə Prezident təqaüdü veriləcək.

 

Belə ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Bəs, görəsən, 102 tələbə hansı universitetlərin payına düşüb?

 

AzEdu.az Təhsil Portalı olaraq, mövzu ilə bağlı sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq Bakı Ali Neft Məktəbindən (BANM) bildirilib ki, 33 tələbə Prezident təqaüdünə layiq görülüb.

 

Qarabağ Universitetindən qeyd edilib ki, qürurverici haldır ki, bu gənclər arasında Qarabağ Universitetinin tələbəsi Nəsirova Zenfira Rəşadət qızı da vardır:

 

“İlk Prezident təqaüdçümüz olan Zenfira Qarabağ Universitetinə 684 bal toplayaraq qəbul olub”.

 

Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyasından (DİA) bildirilib ki,7 tələbə təqaüd alacaq:

 

Sadıqova Aytac Elnur qızı- 688.600 - Hüquqşünaslıq

Məmmədzadə Şərafət Nüsrət qızı- 688.000 - Hüquqşünaslıq

Əliyev Ömər İlqar oğlu - 685.700 - Hüquqşünaslıq

Bədəlova Nərgiz Cəlal qızı- 685.100 - Hüquqşünaslıq

Məmmədli Fatimə Faiq qızı- 682.900 – Hüquqşünaslıq

Məmmədzadə Mələk Cabir qızı - 682.500 – Hüquqşünaslıq

Qənbərova İnci Rauf qızı- 677.200 - Beynəlxalq münasibətlər

 

Bakı Dövlət Universitetindən (BDU) söylənilib ki, 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb:

 

Gülməliyeva Sevil Rövşən qızı

 

Səlimova Aysel Ehtiram qızı

 

Bababəyli Semral Aprel oğlu

 

Hüseynov Nurlan Fizuli oğlu

 

Azərbaycan Tibb Universitetindən (ATU) bildirilib ki, 25 tələbə təqaüdə layiq görülüb.

 

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) söylənilib ki, 12 tələbə Prezident təqaüdünə layiq görülüb:

 

“Builki Prezident təqaüdçüləri arasında ilk dəfə olaraq, I ixtisas qrupu üzrə tələbə də yer alıb. 692,8 bal toplayan Nicat Şirinov Rəqəmsal İqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” (tədris ingilis dilində) ixtisasına qəbul olub”.

Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE)

Ülvi Həbibli- 681.6 bal

Nuray Hacıyeva- 675.2 bal

Əsmər Həsənli- 674.6 bal

Yunis Səfərli- 671.9 bal

Azər Baxşaliyev- 671.5 bal

Amin Xəlilzadə- 670.3 bal

Lalə Məmmədova- 670 bal

Cəlal Muradov- 669,6 bal

Elcan Hüseynov- 669,4 bal

Şükür Elyazov- 668,3 bal

 

Maliyyə və mühasibat fakültəsi

Xədicə Mərdanlı - 674,8 bal.

 

ADA Universitetindən qeyd edilib ki, 20 tələbə Prezident təqaüdünə layiq görülüb.

 

Qeyd edək ki, Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 manat müəyyən edilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox