Azedu.az

Deputat:Təhsili şouya çevirmək olmaz

Universitetlər

1 Oktyabr 2024, 11:50
Deputat:Təhsili şouya çevirmək olmaz

“Təhsil elə bir sahədir ki, onu nə lağ-lağaya, nə də başqa məsələyə çevirmək olmaz”.

 

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib.

 

O, qeyd edib ki, universitetə qəbul olunan gənclər daha çox təhsilə önəm verməlidirlər:

 

“Təhsil tələbələr üçün prioritet olmalı, ciddiliyi qoruya bilməlidirlər. Biz buna indidən ciddi yanaşmasaq, illər keçdikcə acı nəticələrinin şahidi olacağıq.

Təhsildə ciddilikdən kənar addımlardan uzaq durmalıyıq. Əlbəttə, tələbələr əylənə bilərlər, amma bu dərs prosesinə xələl gətirməməlidir. Əgər həmin məsələlər tədris zamanı baş verirsə, tədris mühitini pozursa, yolverilməzdir. Təhsili şouya çevirmək olmaz. Bu prosesdə çalışmalıyıq ki, tələbələr daha savadlı bilikli və bacarıqlı olub, özlərini inkişaf etdirsinlər.

 

Bəzən bir sıra hallarda kiminsə təhsili şouya çevirmək istədiyini görürük. Bu proses fərqli bir məcrada həyata keçirilməlidir. Dərsdənkənar hansısa bir tədbirdə, başqa mühitdə bunun edilməsində bir problem yoxdur. Amma dərs vaxtı dərsi kənara qoyaraq, bu addım atılırsa, təbii ki, birmənalı olaraq alqışlanmır və dəstəklənmir. Orta məxrəci mütləq bilməliyik”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox