Azedu.az

Bu qədər tələbə dövlət universitetindən özələ TRANSFER EDİB 

Universitetlər

25 Sentyabr 2024, 13:19
Bu qədər tələbə dövlət universitetindən özələ TRANSFER EDİB 

Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət universitetinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi prosesi yekunlaşıb. Müraciət edən 2575 tələbənin 1054-ü müsbət nəticə alıb.

 

Bəs, görəsən, müraciətçilərin neçəsi dövlət ali təhsil müəssisələrindən özəl universitetlərə transfer etmək istəyib?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirildi ki, tələbələr arasında təhsil müəssisəsi, ixtisas və təhsilalma forması dəyişikliyi ilə bağlı müraciətlər müxtəlif səbəblərlə, o cümlədən düzgün ixtisas seçimi etməmə, yaşayış yerinin dəyişməsi və daha yaxşı təhsil imkanları axtarışı ilə bağlıdır:

 

“2024-2025-ci tədris ili üzrə ən çox müraciətlər dövlət təhsil müəssisələrindən digər dövlət təhsil müəssisələrinə köçürülmə ilə bağlı olmuşdur. Belə ki, ümumilikdə 800-ə yaxın tələbə dövlət təhsil müəssisəsindən digər dövlət təhsil müəssisəsinə, 100-ə yaxın tələbə dövlət təhsil müəssisəsindən özəl təhsil müəssisəsinə və ya əksinə, daha az sayda tələbə isə özəl təhsil müəssisəsindən digər özəl təhsil müəssisəsinə köçürülmə üçün müraciət etmişdir”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox