Azedu.az

Qəbulu universitetlərin özləri keçirməlidir - TƏKLİF

24 Sentyabr 2024, 13:53
Qəbulu universitetlərin özləri keçirməlidir - TƏKLİF

Prezident İlham Əliyev Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı Sərəncam imzalayıb. 

 

Sərəncama əsasən, bu universitetə qəbul prosesində iştirak edən ali təhsil müəssisələrinin öz imtahan nəticələrinə əsaslanaraq tələbələri seçməsinə icazə verilməsi nəzərdə tutulur. 

 

Mövzu ilə bağlı təhsil jurnalisti, ekspert Məzahir Məmmədli AzEdu.az-a açıqlamasında bildirib ki, digər universitetlərə də bu müxtariyyət verilməlidir:

 

“Azərbaycanda qəbul qaydalarının dəyişdirilməsi, sadələşdirilməsi vacibdir və qaçılmazdır. Bu yolla biz qruplar üzrə qəbuldan da xilas olarıq. Attestatla xaricə təhsil almağa gedən gənclərimizi və onların yaxınlarını gərginlikdən xilas edə bilərik”.

 

Müsahibimiz qruplar üzrə ənənəvi qəbulun ziyanlı tərəflərini təhlil edib:

 

“Qruplar üzrə qəbul sistemi, əsasən, faktların yadda saxlanılmasına və test bacarıqlarına əsaslanır. Bu, yaradıcılığın və analitik düşüncənin inkişafına kifayət qədər imkan yaratmır.

 

Eləcə də, şagirdlər üzərində yüksək təzyiq olur, çünki bütün gələcəkləri bir neçə imtahan nəticəsinə əsaslanır. Bu da gənclərdə stres, narahatlıq və hətta depressiyaya səbəb ola bilir. 

 

Qruplar üzrə qəbul sistemi, xüsusilə imkansız ailələrdən olan tələbələr üçün qeyri-bərabər ola bilər. Çünki bu imtahanlara hazırlıq üçün xüsusi kurslar və dərslər daha çox vəsait tələb edir, belə imkanları olmayan tələbələr isə geridə qalırlar.

 

Şagirdlər qrup seçərkən bəzən öz maraqlarına və qabiliyyətlərinə uyğun olmayan sahələri seçməyə məcbur olurlar. Bu da gələcəkdə onların ixtisaslarına olan maraqlarının azalmasına və ya iş yerindəki performanslarına mənfi təsir göstərə bilər”. 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox