Azedu.az

Universitetlərin loqolarının mənası - SORĞU 

23 Sentyabr 2024, 10:01
Universitetlərin loqolarının mənası - SORĞU 

Loqo təmsil etdiyi qurumun simasıdır. Loqodakı hər bir cizgi mütləq ki, müəssisəyə məxsus hər hansısa bir nişandan xəbər verir.

 

AzEdu.az Təhsil Portalı olaraq, ən maraqlı loqoya sahib bir neçə universiteti seçərək, onlara sorğu ünvanladıq.

 

Azərbaycan Texnologiya Universitetindən (ATU) verilən məlumata əsasən, universitetin loqosu ölkəmizdə son illərdə təhsil, elm və innovasiya sahəsində həyata keçirilən fundamental yenilikləri, bu sahələrin inkişafına yönəlmiş iddialı məqsədləri özündə cəmləşdirir:

145575

Loqoda qrafik metafora kimi kitab, bir tərəfi rəqəmsal olan çinar ağacı, mexaniki çarx və 1970 tarixi əks olunub.

 

- 1970 – ATU-nun yaranma tarixini;

- Kitab – biliyi, təhsili;

- Ağacın sol hissəsi, Çinar – təhsillə verilən yeni həyatı və ATU-nun Gəncə şəhərində yerləşməsini;

- Ağacın sağ hissəsi – sənayedə rəqəmsallaşmanı;

- Mexaniki çarx və texnoloji element simvolları – universitetin profilini;

- Loqonun rəngi isə tünd zoğalı olmaqla universitetdə tədris olunan ilk ixtisası (şərabçılıq) ifadə edir.

 

Lənkəran Dövlət Universitetindən (LDU) verilən məlumata əsasən universitetin loqosu, kitab, bilik və xəzər dənizini simvolizə edir.

145581145576

Azərbaycan Texniki Universitetindən (AzTU) verilən məlumata əsasən loqonun açılışı AzTU-nu ifadə edir.

145582

Bakı Mühəndislik Universitetindən verilən məlumata əsasən, Loqotip emblem və tipoqrafik hissələrdən ibarətdir:

145574

"Emblemin dizaynında plata sxeminin elementlərindən istifadə olunub. Bu elementlər isə birləşərək şəbəkə əmələ gətirib. Loqotipdə mühəndislik ruhu milli ruhla vəhdət təşkil edir. Emblemdə istifadə olunan mavi və ağ rənglər təhsildə məqsədyönlülüyü, uğuru, habelə sülhü təcəssüm etdirir.

 

Tipoqrafik hissə isə modernliyi, yüksək texnologiyanı, dinamizmi simvolizə edir".

 

Mingəçevir Dövlət Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, loqo şərti olaraq universitetin yerləşdiyi şəhərin – Mingəçevirin baş hərfini əks etdirir. Bununla yanaşı, loqo elm və bilik mənbəyi olan kitaba bənzəyir və universitetin uğurlu gələcəyə açılan qapı olduğunu əks etdirir:

145577

"Yeni korporativ stildə universitetin rəngləri sarı və mavi rəng seçilib. Sarı rəng enerji rəmzi olan Günəşi, mavi rəng isə Kür çayını bildirir.

 

Universitet real heyata açılan qapılardan biridir. Loqoda bu qapı pille şəklində açılır. Bununla gənclərin həyat pilləkənində yeni qapı açaraq irəliləməyini göstərmiş oluruq heyat pillekeninde yeni qapı açaraq irelilemeyini göstermiş oluruq.

 

Mingəçevir su elektrik stansiyasının xarici görünüşünü nəzərə alaraq boruları uzun kvadrat  şəklində loqo özündə əks etdirir.

 

Universitetin təhsilimizdə əvəzsiz rolu olduğunu gözardı etmık olmaz. Bu yolda bizə kitablar yoldaşlıq edir. Loqoda aydın şekilde bu hissi görmək olar.

 

Qafqaz zonasında yerleşən Mingəçevirin valehedici təbiətində Kür çayını göz bəbəyi saymaq olar. Çaydakı qıvrılmaları loqo aydın şəkildə göstərir.

 

Loqoda binalar da öz əksini tapır bu da Mingeçevirin həyatla dolu şəhər olduğunu göstərir.

 

Binaların birləşməsi "M" hərfini yaradaraq loqoda öz əksini tapır".

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox