Azedu.az

ADU-da kadr dəyişikliyi - Prorektor işdən çıxdı

18 Sentyabr 2024, 09:59
ADU-da kadr dəyişikliyi - Prorektor işdən çıxdı

Azərbaycan Dillər Universitetində (ADU) struktur dəyişikliyi olub.

 

Bununla bağlı ətraflı məlumat almaq üçün AzEdu.az Təhsil Portalı olaraq ADU-ya sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Dillər Universitetində struktur dəyişiklikləri ilə bağlı olaraq Təhsil 1 və Təhsil 2 fakültələrinin bazasında 3 yeni fakültələr (İngilis və alman dilləri, İngilis və fransız dilləri və Təhsil fakültəsi yaradılıb. Sözügedən fakültələrin dekanları vəzifəsinə seçkilər keçiriləcək:

 

“Fakültə dekanı haqqında əsasnamənin tələblərinə uyğun olaraq Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov və Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev seçkilərlə əlaqədar olaraq dekan vəzifəsinin icrasını dayandırılıb.

 

Bundan əlavə universitetdən bildirilib ki, ADU-nun Tədris məsələləri üzrə prorektoru Kifayət Hacıyeva öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox