Azedu.az

 “Tarixdə bu gün” - 10 sentyabr nələr baş verib?

Universitetlər

Maraqlı

Tələbə və şagird

10 Sentyabr 2024, 08:49
 “Tarixdə bu gün” - 10 sentyabr nələr baş verib?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

10 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

10 sentyabr İntiharla Beynəlxalq Mübarizə Günüdür:

 

İntihar hallarının qarşısının alınması sağlam cəmiyyət üçün vacibdir. Bunun üçün müxtəlif maarifləndirmə işlərindən əlavə, fərd olaraq hər birimiz insanlara qarşı daha həssas və diqqətli olmalıyıq. İnsanların empatiya və xeyirxahlığı, mühakimə etmədən dinləmək bacarığı bir şəxsin həyatını və gələcəyini xilas edə bilər.

 

10 sentyabr 1939–cu ildə  Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib:

 

Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb. Bundan əlavə, yeni Jdanov (indiki Beyləqan) və İsmayıllı rayonları yaradılıb, Haciqabul qəsəbəsi Qazıməmməd və o, eyniadlı rayonun mərkəzi olub. Həmin il, həmçinin Ağstafa və Ucar rayonları da yaradılıb. 

 

10 sentyabr 2007-ci ildə Bakıda, Nərimanov rayonu ərazisində Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirilib:

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Layihənin müəllifi, tanınmış memar xanım Zaha Hadiddir. Müasir Bakının memarlıq simvoluna çevrilən Heydər Əliyev Mərkəzinin binası London Dizayn Muzeyinin "İlin Dizayni 2014" müsabiqəsinin əsas mükafatına layiq görülüb.

 

10 sentyabr 1968-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Fərhad Qənbər oğlu Hümbətov Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olub: 

 

O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçib və düşmənin 5 postunu dağıdıb. Fərhad 1992-ci il 29 martda Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girib, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına həlak olub.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox