7 tələbə Küveyt Universitetində təqaüdlə təhsil alacaq.
Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, 2024-2025-ci tədris ilində Küveyt Dövlətinin Azərbaycan Respublikası vətəndaşları üçün ayırdığı kvota hesabına 7 nəfər Küveyt Universitetində təqaüdlə təhsil alacaq. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təqdim etdiyi namizədlər siyahısından seçilmiş şəxslər Küveyt Universitetinin Dillər Mərkəzində bir il müddətində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak etmək imkanı əldə ediblər.