Azedu.az

“Tarixdə bu gün” - 28 avqust nələr baş verib?

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

28 Avqust 2024, 09:00
“Tarixdə bu gün” - 28 avqust nələr baş verib?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

28 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

28 avqust Azərbaycanın unudulmaz xanəndəsi, xalq artsiti Rübabə Muradovanın xatirə günüdür:

 

Uzun illər Opera və Balet Teatrının solisti olan R.Muradova “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Aşıq Qərib” operalarında baş rolları ifa edib.Güclü və təsirli səsə, orijinal üsluba malik, muğam, təsnif və xalq mahnılarının əvəzsiz ifaçısı 1983-cü ilin bu günü 50 yaşında dünyasını dəyişib.

 

28 avqust 1945-ci ildə Azərbaycan teatrının tanınmış aktrisası Vəfa Fətullayeva anadan olub:

 

25 yaşından (1970) Dövlət Dram Teatrında çalışan aktrisa “Mahnı dağlarda qaldı”, “Məhəbbət əfsanəsi”, “Sən yanmasan”, “Heç nədən hay-küy”, “İblis” və digər teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

Vəfa Fətullayeva 1987-ci ildə 43 yaşında həyatla vidalaşıb.

 

Xatırladaq ki, o, Azərbaycan Dövlət Dram Teatrının nəhəng aktrisası Hökumə Qurbanova və teatrın baş rəssamı Nüsrət Fətullayevin qızı idi. (1945-1987)

 

28 avqust 1935-ci ildə tanınmış yazıçı, şərqşünas Əlibala Hacızadə (1935 – 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub:

 

Onun “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” və s. əsərləri geniş oxucu rəğbəti qazanıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox