Azedu.az

Qarabağ Universitetinə qəbul olan abituriyentlərin DİQQƏTİNƏ

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

27 Avqust 2024, 10:02
Qarabağ Universitetinə qəbul olan abituriyentlərin DİQQƏTİNƏ
Dövlət İmtahan Mərkəzinin (DİM) təlimatına əsasən, 2024/2025-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlər 28 avqust saat 09:00-dan 6 sentyabr saat 18:00-dək qeydiyyatdan keçməlidir.
 
 
Bu barədə AzEdu.az-a Qarabağ Universitetindən məlumat verilib.
 
 
Universitetdən bildirilib ki, qeydiyyat //portal.edu.az platforması vasitəsilə həyata keçirilir. Yaradılan kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti seçilməli və qeydiyyatdan keçib sorğu göndərilməlidir.
 
 
//portal.edu.az platformasında qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.
 
 
Qeydiyyatdan keçmiş tələbələr 16-20 sentyabrda qeydiyyat üçün tələb olunan sənədləri fakültəyə təqdim etməlidir.
 
Tələb olunan sənədlər aşağıdakılardır:
 
şəxsiyyət vəsiqəsinin surəti;
 
tam orta təhsilini başa vurması haqqında sənəd (attestatın əsli);
 
oğlanlar üçün hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;
 
sağlamlıq haqqında tibbi arayış;
 
4 ədəd fotoşəkil (3x4 ölçüdə).
 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox