Azedu.az

Bu ixtisaslarda keçid balları YÜKSƏLDİ

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Təhsil ekspertləri

Tələbə və şagird

23 Avqust 2024, 16:46
Bu ixtisaslarda keçid balları YÜKSƏLDİ

Məlum olduğu kimi dünən ixtisas seçiminin nəticələri açıqlandı. Belə ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri (o cümlədən 7 287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1 579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

Maraqlıdır, bu il ən çox hansı ixtisasa tələbat oldu?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, III ixtisas qrupu üzrə keçid balları yüksəlib:

 

“Artıq ali təhsil müəssisələrinə tələbə qəbulu prosesi yekunlaşıb. Burada bir neçə məqamlara rast gələ bilərik. Düzdür, I ixtisas qrupu üzrə keçid ballar hədsiz yüksək olacaq. Bu proses III ixtisas qruplarında müşahidə ediləcək.

 

V ixtisas qrupundan ballar çox artıb. Buna səbəb buraxılış imtahanlarının asan keçirilməsidir. Əslində buraxılış imtahanlarının asan keçirilməsini qəbul etmək olar. Çünki buraxılış imtahanının nəticəsinə uyğun olaraq attestatın 3 fənn qiyməti yazılır. Həmin buraxılış imtahanının nəticəsi uyğun olaraq şəxs yüksək peşə təhsil müəssisəsinə qəbul olur”.

 

Həmsöhbətimiz vurğulayıb ki, ümumilikdə III ixtisas qrupu üzrə Hüquq ixtisasına tələbat yüksəlib:

 

“Digər bir məsələ isə qəbul imtahan suallarının çətin olması nəticəsində səhv sualların düzgün cavabı aparması ilə bağlıdır. Məsələn, abituriyent blokdan 90 bal yığmaqla ümumilikdə 250 bal toplayıb. Həmin şəxs də 150 ballıq ixtisasları yazıb. Yəni bu il 150 ballıq ixtisaslarda yüklənmə çox oldu.

 

Yüklənmə artdığı üçün III ixtisas qrupunda demək olar ki, 150 ballıq ixtisasa (DT) üzrə qəbul olmadı. Artıq (DT) üzrə qəbul 190 baldan yuxarı oldu.

 

Düzdür, digər ixtisas qruplarında da 150 ballıq ixtisaslarda qalxma müşahidə edildi. Ümumilikdə III ixtisas qrupu üzrə Hüquq ixtisasına tələbat yüksəldi. Hətta bəzi yerlərdə Hüquq ixtisası 100 bala qədər artıb. Əlavə olaraq qeyd edim ki, IV ixtisas qrupu üzrə Tibb ixtisasında müəyyən qədər artım müşahidə edilib.

 

III ixtisas qrup humanitar qrup olduğuna görə, yəni riyazi biliyi zəif olanlar bu qrupa daha çox müraciət etdiyi üçün ballar daha yüksək olur”,- deyə ekspert fikrini yekunlaşdırıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox