Hər il ali məktəblərə qəbul imtahanı zamanı abituriyentlər müvafiq keçid balını toplayaraq universitetə qəbul olurlar.
Bəs, görəsən, iki abituriyent eyni balı toplayıbsa və 1 yer uğrunda mübarizə aparırsa, müsabiqə şərtləri necə olmalıdır?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Dövlət İmtahan Mərkəzi ilə (DİM) əlaqə saxladıq.
Mərkəzdən bildirilib ki, ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
− təhsil haqqında sənədə (attestata) “Tədris dili”,“Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
− xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal)4;
− qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal;
− qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə nisbi balların cəmi;
− qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə düzgün cavabların (yazılı suallar
üzrə balların 5) sayı;
− qəbul imtahanının ikinci mərhələsinin imtahan fənlərinin üstünlük dərəcəsini 6 nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;
− qəbul imtahanının birinci mərhələsi üzrə Azərbaycan və ya rus dili fənnindən toplanılan bal;
− qəbul imtahanının birinci mərhələsi üzrə riyaziyyat fənnindən toplanılan bal.