Azedu.az

Azərbaycanda rus dilinə tələbat Azərbaycan-Rusiya universiteti üçün üstünlükdür

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

22 Avqust 2024, 09:32
Azərbaycanda rus dilinə tələbat Azərbaycan-Rusiya universiteti üçün üstünlükdür

Azərbaycan və Rusiya Prezidentlərinin görüşündə birgə Azərbaycan-Rusiya Universitetinin yaradılması barədə müzakirələr aparılıb.

 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov AzEdu.az-a müsahibəsində bildirib ki, yaradılacaq universitetdə hərbi kadr hazırlığının olmasına ehtiyac var.

 

“Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri mövcuddur. İki ölkə arasında formalaşmış bu münasibətlər fərqli sahələrdə əməkdaşlığın yaranmasına əsas verir. Rusiya ilə Azərbaycanın dostluq, qonşuluq münasibətlərinin təhsil müstəvisində özünü göstərməsi müsbət hadisədir. Bu əməkdaşlıqdan hər iki ölkənin faydalanacağı məqamlar var.

 

Ölkələr arasında bütün sahələrdə nümunə ola biləcək münasibətlər var. Bu əməkdaşlıqdan dövlətimiz, eləcə də xalqımız faydalanır. Ölkə başçımız, cənab Prezidentin Azərbaycan xalqının mənafeyinə yönəlmiş, milli maraqlara söykənən siyasət yürütməsi Rusiya ilə Azərbaycan arasında əməkdaşlığı bu qədər etibarlı edib. Hesab edirəm ki, qonşu dövlətin başçısının da Azərbaycan dövlətinə, onun rəhbərinə, Azərbaycan xalqına münasibətində məhz bu etimad dayanır. Bu etimadı fərqli sahələrdə münasibətlərin inkişafına, qarşılıqlı əlaqələrin gücləndirilməsinə və faydalı əməkdaşlığa çevirmək olduqca önəmlidir.

 

İki dövlət arasında ortaq universitet yaradılması yeni ideyadır. Azərbaycanda ölkə başmıçızın çox böyük uzaqgörənliklə, müdrikliklə məhz Azərbaycanla Rusiya arasında münasibətlərə bu qədər önəm verməsi bir zamanlar M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, eləcə də İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılmasını ortaya qoydu. Məhz bu filial universitetlər ortaq universitet üçün ənənə götürülə bilər. Ortaq universitet ideyasının mahiyyətinə həm də, universitet filialından fərqli yanaşmalar mövcuddur. Amma buna baxmayaraq, bizim ali təhsil müəssisələri arasında əlaqələr yüksək səviyyədədir. Hər iki ölkənin Elm və Təhsil Nazirlikləri arasında əlaqələr, tələbə mübadilələri, dövlətlərarası tələbə mübadilələri, elmi əlaqələr çox yüksək səviyyədədir mövcuddur.

 

Azərbaycan Respublikasında rus dilinə böyük önəm verilir. Bu da Azərbaycanın milli maraqlarına xidmət edən münasibətdir. Rusiya kimi böyük dövlətlə qonşuluğumuz həm də vətəndaşlarımızın məşğulluğunun təmin olunması, biznes və işgüzar münasibətlərin inkişafı baxımından faydalıdır. Rus dilinə verilən önəmin əsasında da bu amil dayanır. Azərbaycanda rus dilinə önəm verilməsi birgə universitet yaradılması işində əlavə üstünlükdür. Bu baxımdan hesab edirəm ki, ortaq universitet ideyası çox gözəl ideyadır. Ali təhsil müəssisəsinin açılması humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsinə əlavə töhfələr verəcək. 

 

70 il Azərbaycanla Rusiya SSRİ-nin vətəndaşları kimi birgə təhsil sistemindən faydalanıblar. Hesab edirəm ki, Rusiyanın ali təhsillə bağlı ənənələri daha dərindir. Onların qabaqcıl elmi-tədqiqat müəssisələri, universitetləri var. Biz onlardan yaxşı nümunələr götürə bilərik. Bununla yanaşı Azərbaycan da ali təhsil sisteminə böyük önəm verilir. Bizim universitetlər artıq inkişaf dövrünə qədəm qoyublar. Bu baxımdan ortaq universitet ideyası, həmçinin, Rusiya üçün də faydalı olacaq.

 

Gələcəkdə yaranacaq Azərbaycan-Rusiya universitetində hərbi sahədə kadr hazırlığının olması lazımlıdır. Bundan əlavə fundamental elmlər sahəsində yeni ixtisasların açılması çox faydalı ola bilər, çünki Rusiyada texnologiya sahəsinə böyük önəm verilir.

 

Müasir çağırışlardan irəli gələn yeni ixtisasların yaradılması zəruridir. Transdisiplinar və mulidispilinar münasibətlər kontekstində yeni ixtisaslara ehtiyac duyulacaq. Universitet ideyası həyata keçirilən zaman təhsil mütəxəssisləri, təhsilə cavabdeh olan məsul şəxslər bu sahədə müvafiq araşdırmalardan sonra daha düzgün və daha faydalı olan ixtisaslar üzrə kadr hazırlığının aparılması barədə yanaşma verə biləcəklər”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox