Azedu.az

“Tarixdə bu gün” - 22 avqust...    

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

22 Avqust 2024, 09:00
“Tarixdə bu gün” - 22 avqust...    

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

22 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

22 avqust 2000-ci ildə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy 62 yaşında dünyasını dəyişib:

 

Elçibəyin cənazə mərasiminə 1 milyona yaxın insan qatılıb. 

 

22 avqust 1921-ci ildə Xalq artisti, musiqişünas, professor Adilə Məmmədova anadan olub:

 

O, Bülbülün həyat və yaradıcılığı haqqında kitab və məqalələrin müəllifidir.

 

22 avqust 1965-ci ildə şairə, tədqiqatçı və yazıçı Nuridə Atəşi anadan olub:

 

1995-ci ildən Almaniyada yaşayır, ədəbi-tarixi tədqiqat, tərcümə sahəsində çalışır. Əsərlərini Azərbaycan, alman və türk dillərində yazır.

 

22 avqust 1642-ci ildə İngiltәrәdә vәtәndaş müharibәsi başlayıb:

 

Mәlumata görә, bu müharibә doqquz il davam edib. Kraliyyәt vә Parlament sisteminin tәrәfdarları arasında başlayan toqquşmalar 1651-ci ilin 3 sentyabr tarixindә parlament sistemi tәrәfdarlarının әldә etdiyi qәlәbә nәticәsindә  sona çatıb.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox