Azedu.az

Sosioloq: Gələcəkdə orduya aparmağa əsgər tapılmayacaq

Universitetlər

Reportaj

Videolar

21 Avqust 2024, 15:12
Sosioloq: Gələcəkdə orduya aparmağa əsgər tapılmayacaq

2024-cü ilin yanvar-iyul ayları ərzində ölkə üzrə 31 306-sı oğlan, 27 542-i isə qız olmaqla ümumilikdə 58 848 uşağın doğumu dövlət qeydiyyatına alınıb. Ötən ilin statistikasına əsasən isə bu rəqəm nə az, nə çox tam 112 min 620 olub.  Bu statistikanın 59 814-ü oğlan, 52 806 nəfəri isə qız uşaqlarının payına düşüb.  

 

1 il ərzindəki fərq onu deməyə əsas verir ki, doğulan uşaqların sayında 54 minə yaxın azalma olub.

 

Bu rəqəmlər azalan statistika ilə irəlilərsə, gələcəkdə hansı fəsadlarla üzləşə bilərik?

 

Sosioloq Lalə Mehralı AzEdu.az-a açıqlamasında bildirib ki, belə davam edərsə, gələcəkdə orduya göndərməyə əsgər tapılmayacaq:

 

“Cins faktorunu nəzərə almadan doğulan uşaqların statistikasını ötən illə müqayisə etdikdə, sayın dəhşətli azalmasını müşahidə etmək olur. Bu qədər azalma heç bir dövlət üçün normal deyil. Xüsusi ilə də Azərbaycan kimi daim müharibə təhlükəsi olan, demoqrafik artımda stabilliyin qorunması şərt olan ölkə üçün doğulan uşaqların sayının azalması faciədir. Yaxın gələcəkdə nə orduya aparmağa əsgər, nə də ki, o əsgərləri dünyaya gətirməyə qadınlar tapılacaq.

 

Bu peşələrin bölgüsünün pozulmasına da gətirib-çıxaracaq. Həkimlik, müəllimlik, hərb sahəsi ümumiyyətlə, peşələrin hər biri boş qalacaq. Xarici ölkələrə insan axınının bu qədər sürətləndiyi dövrdə demoqrafik vəziyyətdəki bu çökmə heç vaxt yaxşı nəticə verə bilməz. Oğlan və qızlar arasındakı  fərqə gəlincə isə, bu həmişə müqayisəli olub, amma bu qədər uçurum indiyə qədər görünməyib. Selektiv abortların nəzarət altına alınmaması, aborta görə tibb müəssisələrinin, həkimlərin, eləcə də valideynlərin cəzalandırılmaması, məsuliyyətə cəlb olunmaması dəhşətli vəziyyətin yaranmasına səbəb olur. Hazırda onun ilkin dalğasını görürük.

 

Böyük dalğaların üzə çıxması yaxın gələcəkdə qaçınılmazdır. Ona görə də tənzimləyici mezanizmlərin hazırlanması mütləq şərtdir. Belə davam etmək olmaz. Bir ölkənin genefondu üçün bundan böyük təhlükə yoxdur”.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox