Azedu.az

Türkiyədə oxumaq istəyən tələbələr üçün FÜRSƏT

19 Avqust 2024, 18:01
Türkiyədə oxumaq istəyən tələbələr üçün FÜRSƏT

Tələbələrdən bir çoxu təhsil almaq üçün xarici universitetlərə üz tutur. Bu yerdə tələblərin çətinliklə qarşılaşdığı məqamlardan biri də yataqxana problemidir.

 

AzEdu.az Təhsil Portalı olaraq tələbələrin çətinliyini nəzərə alaraq Türkiyə yataqxanaları ilə bağlı məlumat əldə etdik.

 

Türkiyədə özəl kimi fəaliyyət göstərən yataqxana ÖZEL İDA YÜKSEK ÖĞRETİM ÖĞRENCİ YURDU haqqında məlumatı  sizlərə təqdim edirik.

 

Türkiyədə İstanbul Bəyoğluda yalnız oğlanlardan ibarət  ÖZEL İDA YÜKSEK ÖĞRETİM ÖĞRENCİ YURDU 2019-cu ildən etibarən fəaliyyət göstərir. Bu yataqxanın bir sıra üstün cəhətləri vardır. Belə ki, tələbələr üçün burada yeməkxana, camaşırxana, internet, kitabxana mövcuddur. Həmçinin yataqxanada axşam yeməkləri də verilir. Yataqxana avtobus dayanacağına çox yaxındır.

 

Yataqxanada 4 nəfər 1 otaqda qala bilər. Qiymət olaraq isı 210 min tl (türk lirəsi) təşkil edir. Ümumilikdə 42 nəfəri əhatə edir.Üstün cəhətləri çoxdur. Buna misal olaraq deyə bilərəm ki, bəzi tələbələrə dövlətdən geri ödəmə həyata keçirilir. Bunun üçün bir neçə şərtlər var.

 

İlk növbədə dövlətdən burada qalmaq icazəsi,yəni Türkiyədə oxumağa dair sənədi olmalıdır.  Daha sonra Ziraat Bankdan həmin tələbənin hesabı, həmçinin tələbə mütləq 18 yaşını keçməlidir. Bu şərtlərə uyğun tələbəyə dövlətdən geri ödəmə həyata keçirilir.  Belə ki, oktyabrdan etibarən hər ay dövlətdən 4500 tl (türk lirəsi) geri qaytarılır.

 

Həmçinin Türkiyənin bir neçə universitetlərinə yaxındır. Həmin ali məktəblər bunlardır:

1.Rumeli Universiteti

2.İstanbul Kent Universiteti

3.İstanbul Ticarət Universiteti

4 İstanbul Yeni Yüzyıl Universiteti

5.İnstanbul Sağlıq və Texnoloji Universiteti

6.Fatih Sultan Mehmet Universiteti

7.Nişantaşı Universiteti

 

Daha ətraflı məlumat əldə etmək üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz.

+90 542 337 96 23

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox