Azedu.az

8 azərbaycanlı tələbə Latviyada təhsil ALACAQ

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

15 Avqust 2024, 11:23
8 azərbaycanlı tələbə Latviyada təhsil ALACAQ

8 tələbə Latviyada təqaüdlə təhsil alacaq.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Nazirıikdən bildirilib ki, Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2024-2025-ci tədris ili üzrə 8 azərbaycanlı tələbə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Latviyada təhsil alacaq.


Seçim barədə Latviya Respublikası tərəfindən verilən yekun qərar nəticəsində sözügedən 8 nəfər “Riga Technical University”, “University of Latvia”, “ Turība University” və digər ali təhsil müəssisələrində müxtəlif səviyyələrdə təhsil almaq hüququ qazanıb.



Latviya hökumətinin bu təqaüdünü qazanan 25 ölkə üzrə Azərbaycan ilk beşlikdə yer alır.

 

Qeyd edək ki, 2024-2025-ci tədris ilində bugünə qədər 165 tələbə bu proqram vasitəsilə xaricdə təqaüdlü təhsil almaq imkanı qazanıb. Bunlar Çin(28), Macarıstan (129) və Latviya (8) hökumətləri ilə razılaşma əsasında olanlardır. Proses hazırda davam edir və daha bir neçə tələbənin təqaüd alma imkanı qarşıdadır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox