Azedu.az

Bu gün magistraturaya boş qalan yerlərə ixtisas seçimi BAŞLAYIR

1 Avqust 2024, 08:32
Bu gün magistraturaya boş qalan yerlərə ixtisas seçimi BAŞLAYIR

Bu gün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi başlayıb.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına II tur qəbul üçün müxtəlif proqramlar üzrə birgə 837 dövlət sifarişli plan yeri qalıb.

 

Qeyd olunub ki, ixtisaslaşma seçimi avqustun 1-dən 8-dək aparılacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox