Azedu.az

UNEC əməkdaşlıq imkanlarını genişləndirir

Universitetlər

Maraqlı

30 İyul 2024, 16:49
UNEC əməkdaşlıq imkanlarını genişləndirir

 

UNEC-də Keyfiyyət Təminatı şöbəsi tərəfindən ixtisasların beynəlxalq akkreditasiyası istiqamətində işlər davam etməkdədir.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, budəfəki görüş bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların beynəlxalq akkreditasiyası məqsədilə Almaniyanın ENQA-ya üzv 9 akkreditasiya agentliyindən biri olan Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyinin (AQAS) Beynəlxalq İnkişaf üzrə Direktor müavini Ronny Heintze və Beynəlxalq əlaqələr üzrə menecer Patrick Heinzer ilə təşkil olunub.

 

Görüşdə ixtisasların akkreditasiyası zamanı xarici ekspert qruplarının fəaliyyəti üçün ixtisasların optimal klasterlərinin yaradılması istiqamətində AQAS nümayəndələri ilə müzakirələr aparılıb.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox