Sosial şəbəkələrdə ixtisas seçiminin nə zaman aparılacağı ilə bağlı məlumatlar paylaşılır. Belə ki, ali təhsil müəssisələrinə ixtisas seçiminin avqustun 10-da başlayacağı deyilir.
AzEdu.az Təhsil Portalı olaraq məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq.
DİM-dən bildirilib ki, bu doğru xəbər deyil:
"Tarixlər hələ ki, dəqiqləşməyib", - deyə mərkəzdən qeyd edilib.