Azedu.az

İxtisas seçimində vacib MƏQAMLAR

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Təhsil ekspertləri

19 İyul 2024, 10:15
İxtisas seçimində vacib MƏQAMLAR

Artıq qəbul imtahanları yekunlaşıb. Abituriyentlər üçün həlledici məqamlardan biri də ixtisas seçimidir.

Bəs, görəsən, abituriyentlər uğurlu seçim üçün nələrə diqqət etməlidirlər?


Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) abituriyentləri diqqətli olmağa səsləyib:


“Qarşıda əsas həlledici məqamlardan olan ixtisas seçimi mərhələsi gözlənilir. Bu mərhələdə abituriyentlər olduqca diqqətli olmalıdırlar. Çünki 4 il ərzində onlar hər hansı bir ixtisas üzrə peşəkar kadr kimi formlaşacaqlar.Abituriyentlər ilk növbədə dövlət sifarişli (DS) ixtisaslar üzrə qəbul olmaq imkanına diqqət yetirməlidirlər.Əgər dövlət sifarişli yerlərə qəbul olmaq alınmırsa, o zaman ödənişli olan, həmçinin keyfiyyətli ixtsas üzrə təhsil almaq daha yaxşıdır.


Ödənişli ixtisası oxumağı düşünən abituriyent bəzi məsələlərə nəzər salmalıdır. Belə ki,həmin ixtisasda oxumaq ailə büdcəsinə uyğndurmu?- deyə düşünməlidir. Yaxud da alternativ olaraq nə kimi güzəştlər oluna bilər? və s. Bu amilləri nəzərə almalıdırlar”.


Ekspert kortəbii formada ixtisas seçim etməyin yalnış olduğunu vurğulayıb:

“Kortəbii formada əlbəttə ki, ixtisas seçimi mənə görə düzgün deyil. Çünki brada diqqət yetiriləcək bir çox məqam var. Bəzən yüksək bal toplayan abituriyentlərin müvafiq olaraq müsabiqədən kənarda qaldığını müşahidə etmişik.


Buna əsas səbəb olaraq kortəbii şəkildə hər hansı bir mütəxəssislə məsləhətləşməməsidir. Yəni bu istiqamətdə ən azı 10-15 il təcrübəyə malik şəxslərlə məsləhətləşib onun üzərindən qərar vermək daha əlverişlidir.


Uğurlu seçim üçün abituriyentlər mütləq mütəxəssislərlə fikir mübadiləsi aparmalı, və onun əsasında ixtisaslaşmada iştirak etməlidirlər. Burada da əlbəttə ki, universitetin yerləşdiyi məkan, məsafə baxımdan abituriyentlər üçün də diqqətə alınmalıdır.


Düşünürəm ki, sadaladığım amilləri abituriyentlər nəzərə alsalar, uğurlu ixtisas seçimi etmiş olacaqlar”,-deyə ekspert fikrini yekunlaşdırıb.

Azərbaycanla bağlı səs yazısı Türkiyəni silkələdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox