Azedu.az

Gülçöhrə Məmmədova: 2023/2024-cü tədris ili universitetimiz üçün yaddaqalan hadisələrlə zəngin oldu    

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

5 İyul 2024, 18:53
Gülçöhrə Məmmədova: 2023/2024-cü tədris ili universitetimiz üçün yaddaqalan hadisələrlə zəngin oldu    

“Universitetimiz üçün bu il yaddaqalan hadisələrlə zəngin il oldu. Tələbatı nəzərə alaraq dizayn ixtisasını Memarlıq fakültəsindən ayırdıq və ayrıca bir fakültəyə çevrildi”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova universitet tələbələrinin “Məzun Günü”ndə deyib. 

 

Rektor ikili diplom proqramlarına və akkreditasiya proseslərinə də diqqət çəkib:

 

“Xarici universitetlərlə həyata keçirilən ikili diplom proqramları çərçivəsində yeni uğurlar əldə olundu. İngiltərənin qabaqcıl ali təhsil müəssisəsi olan Vestminister Universiteti ilə ikili diplom müqaviləsi imzaladı və bununla bu cür proqramlarımızın sayı 6-ya çatdı. Yeri gəlmişkən qeyd edim ki, aktiv ikili diplom müqavilələrinin sayının artırılması üzrə sistemli iş aparırıq. İlin ən yaddaqalan hadisəsi universitetin 4 ixtisası üzrə beynəlxalq akkreditasiyanın əldə edilməsi oldu.

 

“İnşaat mühəndisliyi” ixtisası üzrə həm bakalavr, həm də magistratura, “Nəqliyyat tikintisi” ixtisası üzrə isə bakalavr səviyyəsində Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyinin (İAAR) akkreditasiyasını əldə etdik. Bununla yanaşı, “memarlıq” ixtisasımız nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) ikinci dəfə 5 illik akkreditasiyasından keçərək uğurunu yenilədi. Əlbəttə ki, bu, universitetimizlə yanaşı, ölkəmiz üçün də böyük uğurdu, məzunlarımız üçün sərhədsiz iş imkanıdır”. 

 

Qeyd edək ki, bu il 2 mindən çox gənc AzMİU-dan məzun olub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox