Azedu.az

Azərbaycanın 8 ali məktəbi dünya universitetlərinin reytinqində

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

4 İyun 2024, 17:06
Azərbaycanın 8 ali məktəbi dünya universitetlərinin reytinqində
“Round University Rankings” dünya universitetlərinin 2024-cü il üçün reytinqi açıqlanıb. Reytinq cədvəlində 89 ölkədən 1169 ali təhsil müəssisəsi yer alıb.
 
Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, Azərbaycanın 8 ali təhsil müəssisəsi sözügedən qlobal reytinqə daxil olub. 6 ali təhsil müəssisəmizin mövqeyi ötən ilə nisbətən irəliləyib, 2 ali təhsil müəssisəmiz (Gəncə Dövlət Universiteti və Azərbaycan Universiteti) isə ilk dəfə reytinqdə təmsil olunublar. Qərbi Kaspi Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti müvafiq reytinqdə TOP 1000-də təmsil olunur.
 
Qərbi Kaspi Universiteti 96 pillə irəliləyərək 934-cü, Bakı Dövlət Universiteti 80 pillə irəliləyərək 962-ci, Azərbaycan Dövlət İqtisad Universiteti 134 pillə irəliləyərək 983-cü, Bakı Biznes Universiteti 17 pillə irəliləyərək 1142-ci, Azərbaycan Memarlıq və İnşaat Universiteti 86 pillə irəliləyərək 1094-cü, Azərbaycan Texniki Universiteti isə 70 pillə irəliləyərək 1126-cı yerdə qərarlaşıb.
 
Qeyd edək ki, reytinqin metodologiyasına əsasən ali təhsil müəssisələrinin fəaliyyəti 4 sahə (tədris, tədqiqat, beynəlmiləlləşmə və maliyyə dayanıqlığı) və 20 indikator üzrə qiymətləndirilir.
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox