Azedu.az

Azərbaycan Texnologiya Universitetinin “Brend tələbə”ləri mükafatlandırılıb

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Seçilmişlər

Layihələrimiz

Tələbə və şagird

30 May 2024, 15:39
Azərbaycan Texnologiya Universitetinin “Brend tələbə”ləri mükafatlandırılıb

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

Bu gün AzEdu.az və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə həmin universitetdə təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

 

Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az təhsil portalının "İlin gənc müəllimi" layihəsinin qalibi Leyla Camalzadə və həmin statusa layiq görülən tələbələr iştirak ediblər.

 

"Brend tələbə" statusuna layiq görülmüş gənclər təbrik edilib, onlarla uğurun sirlərindən danışılıb.

 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

 

Azərbaycan Texnologiya Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:

 
İmanov Namiq - İqtisadiyyat və idarəetmə fakültəsi, IV kurs;

 

Bağırov Firdovsi - İqtisadiyyat və İdarəetmə fakültəsi, II kurs;

 

Arifzadə Elnur - Qida mühəndisliyi fakültəsi, Doktorantura;

 

Rzazadə Anaxanım - Yüngül Sənaye Mühəndisliyi və Logistika fakültəsi, IV kurs;

 

Rzazadə Firuzə - İqtisadiyyat və İdarəetmə fakültəsi, II kurs;

 

Allahverdiyev Emin - Avtomatika Telekommunikasiya və İnformatika fakültəsi, IV kurs;

 

Məmmədov Əli Taleh - İqtisadiyyat və İdarəetmə fakültəsi, IV kurs;

 

Əhmədova Səbinə - Qida Mühəndisliyi fakültəsi, II kurs;

 

Hüseynova Aysu - Yüngül Sənaye Mühəndisliyi və Logistika fakültəsi, I kurs;

 

Ələkbərova Aycan - İqtisadiyyat və İdarəetmə fakültəsi, I kurs.

 

Rusiyada ARA QARIŞDI - Türklərə qarşı zorakılıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox