Azedu.az

ATU-nun “Brend tələbə”ləri mükafatlandırılıb - FOTO

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Uğur hekayələri

Seçilmişlər

Layihələrimiz

Tələbə və şagird

28 May 2024, 10:05
ATU-nun “Brend tələbə”ləri mükafatlandırılıb - FOTO

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

Bu gün AzEdu.az və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə ATU-da təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

 

Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Tədris departamentinin müdiri, dosent Kamandar Yaqubov, İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyev, I müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, II müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva, Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov, ATU-nun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Günel Aslanova və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

 

Mükafatlandırma mərasimi dosent Kamandar Yaqubovun açılış nitqi ilə başlayıb. 

 

Daha sonra Elşad Eyvazlı “Brend tələbə” adına layiq görülən tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu edib. 

 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

 

Azərbaycan Tibb Universitetində (ATU) "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

Həşimova Aybəniz Polad qızı - I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi;

 

İbrahimova Zəhra Namiq qızı- I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi;

 

Kərimzadə Şəbnəm Şəhriyar qızı - II Müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi;

 

Nəzərov Aqil Elnur oğlu - II Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi;

 

Kərimli Məryəm İlham qızı - Stomatologiya fakültəsinin III kurs tələbəsi;

 

Röyal Məmmədov Azər oğlu - Stomatologiya fakültəsinin IV kurs tələbəsi;

 

İsgəndərova Ləman İsgəndər qızı - Əczaçılıq fakültəsinin I kurs tələbəsi;

 

Hüseynli Nihad İntizam oğlu - Əczaçılıq fakültəsinin II kurs tələbəsi;

 

Saruxanov Ceyhun Saruxan oğlu - İctimai Səhiyyə fakültəsinin III kurs tələbəsi;

 

Rəhmanlı Fidan Faiq qızı - İctimai Səhiyyə fakültəsinin IV kurs tələbəsi.

Rusiyada ARA QARIŞDI - Türklərə qarşı zorakılıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox