Azedu.az

İstanbul Bahçeşehir Universitetinin rektoru AzTU-da olub

Universitetlər

Maraqlı

23 May 2024, 13:02
İstanbul Bahçeşehir Universitetinin rektoru AzTU-da olub

İstanbul Bahçeşehir Universitetinin rektoru professor Esra Hatipoğlunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

 

AzEdu.az xəbər verir ki, qonaqlar AzTU-nun rektoru professor Viliayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonaqlara ətraflı məlumat verib.

 

Esra Hatipoğlu İstanbul Bahçeşehir Universitetinin fəaliyyəti barədə geniş məlumat verib. Görüşdə müvafiq istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox