Dövlət İmtahan Mərkəzi (DİM) apreldə növbəti imtahanlar keçirəcək.
AzEdu.az Təhsil Portalı aprel ayında keçiriləcək imtahanların siyahısını təqdim edir.
1-11 aprel rezidentura səviyyəsinə qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu (I mərhələ, I cəhd) olacaq.
Aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona (Qaradağ, Yasamal, Suraxanı, Binəqədi, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 №-li m.), Laçın (Şəhər 2 №-li m.), Laçın (Zabux k.), Zəngilan (Ağalı k.), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1, Quba - 1) keçiriləcək.
8 aprelə qədər magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların ərizələrinin onlayn qəbulu (II cəhd) olacaq.
Aprelin 14-də keçiriləcək imtahanlar:
-Eksternat qaydasında 11-ci sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
-Əvvəlki illərin məzunları üçün I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı;
-Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
-Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
-Əvvəlki illərin məzunları üçün 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
-Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik);
-Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (11 illik) keçiriləcək.
15 aprel-6 may I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı (ərizə qəbulunun ikinci mərhələsi) olacaq.
15 aprelə qədər ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq İstəyənlərin qeydiyyatı olacaq.
Aprelin 21-də keçiriləcək imtahan:
-Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona (Xəzər – 2, Nizami, Sumqayıt – 2, Abşeron – 2, Pirallahı, Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir – 2, Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad – 2, Masallı – 2, Lerik, Bərdə, Tərtər, Ağdərə (Talış k.), Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz –2, Quba – 2, Bakı xüsusi məktəblər (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis, fransız və gürcü dilində olan məktəblər) keçiriləcək.
Aprelin 28-də keçiriləcək imtahan:
Magistratura səviyyəsinə qəbul imtahanı (II cəhd) keçiriləcək.