Azedu.az

“Valideynlərim mənə heç vaxt “oxu” deməyib” - Ölkə birincisi

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Müsahibə

Tələbə və şagird

22 Mart 2024, 10:45
“Valideynlərim mənə heç vaxt “oxu” deməyib” - Ölkə birincisi

“Valideynlərim mənə heç vaxt “oxu” deməyib”.

 

AzEdu.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu magistraturaya qəbul imtahanlarında ölkə birincisi olan Aytac Əsgərova bildirib.

 

Belə ki, o, dünyanın TOP 100 universitetlərindən sayılan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

 

“Heç vaxt valideynlərim mənə “oxu” deməyiblər. Çünki, uşaqlıqdan həmişə çalışqan şagird olmuşam”, - A.Əsgərova deyib.

 

O, elə  məktəb illərində də bir sıra nailiyyətlər  qazanıb. Fizika fənni üzrə keçirilən olimpiadanın qalibi olub.

 

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi olan Aytac bildirib ki, xaricdə təhsil üzrə dövlət proqramı ilə Böyük Britaniyada təhsil almağı planlayır, sonra isə qayıdıb Azərbaycanda öz sahəsi üzrə fəaliyyət göstərmək istəyir.

 

Daha ətraflı videomaterialda:

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox