Türkiyənin ali təhsil müəssisələrinə 2024-2025-ci tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb.
Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müraciət üçün son tarix 20 fevral 2024-cü ildir. Sözügedən təqaüd proqramına müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sistemində qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, Azərbaycan tərəfinə müraciət üçün son tarix isə 1 mart 2024-cü ildir.
Təqaüd proqramı barədə ətraflı məlumat əldə etmək üçün keçidə daxil ola bilərsiniz: