Azedu.az

Dəstəkolaq.az UNEC-də qonaq olub

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Tələbələr

19 Oktyabr 2023, 17:22
Dəstəkolaq.az UNEC-də qonaq olub

UNEC İnklüziv Təhsil Mərkəzi təşkilatçılığı ilə Dəstəkolaq.az inklüziv platformasının əməkdaşları universitetdə qonaq olublar.  

 

AzEdu.az xəbər verir ki, Dəstəkolaq.az platformasının rəhbəri Əhəd Kazımov UNEC tələbələrinə platforma barədə məlumat verərək, yaradılmış saytın inklüziv cəmiyyətdə son dərəcə vacibliyini vurğulayıb.

 

Ə.Kazımov layihənin məqsədi haqqında danışaraq bildirib ki, Azərbaycanın bütün bölgələrində əhalinin həssas qruplarına onlayn platformada özləri haqqında bütün lazımi məlumatlarla profillərini açmaq imkanı verməklə, onların iş imkanlarını genişləndirməkdir.

 

Çıxışlar yekunlaşdıqdan sonra veb-səhifənin geniş təqdimatı baş tutub.

 

Qeyd edək ki, Dəstəkolaq.az layihəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox