Azedu.az

AzTU-ya qəbul olan qız tələbələrin sayı artıb - STATİSTİKA

Universitetlər

Maraqlı

Tələbə və şagird

18 Oktyabr 2023, 11:10
AzTU-ya qəbul olan qız tələbələrin sayı artıb - STATİSTİKA

Bəzi ixtisaslar var ki, fəaliyyət sahəsi ilə əlaqəli olaraq orada təhsil alan tələbələrin əksəriyyəti oğlanlardır. Məsələn, elektrik və elektronika mühəndisliyi, Nəqliyyat və logistika fakültəsi, Energetika və avtomatika fakültəsi, Metallurgiya və materialşünaslıq fakültəsi, Maşınqayırma və robototexnka fakültəsi, İnformasiya və telekommunikasiyalar fakültəsi, Xüsusi texnika və texnologiyaları fakültəsi və s. Ancaq statistikalara əsasən yuxarıda qeyd olunan texniki ixtisaslara qəbul olan qızların sayı ildən-ilə artır.

 

AzEdu.az olaraq bu statistikaları öyrənmək üçün texniki və kimya sahəsi ilə əlaqəli ixtisaslar tədris edən bir neçə universitetə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq Azərbaycan Texniki Universitetindən aşağıdakı statistik məlumatlar təqdim olunub:

 

2019/2020-ci tədris ili üzrə - 318 tələbə

 

2020/2021-ci tədris ili üzrə - 417 tələbə

 

2021/2022-ci tədris ili üzrə - 468 tələbə

 

2022/2023-cü tədris ili üzrə - 457 tələbə

 

2023/2024-cü tədris ili üzrə - 606 tələbə

 

Təqdim olunan məlumatlara əsasən son 5 il ərzində universitetə qəbul olan qız tələbələrin sayında 288 nəfər artım müşahidə olunur.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox