2014-2015-ci tədris ilindən etibarən yaradılan, hazırda 12 ali təhsil müəssisəsini əhatə edən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları verən SABAH layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.
Bəs SABAH-a qəbul qaydaları necədir?
Qəbul qaydaları
SABAH Qruplarına qəbul üçün tələbə ilk növbədə Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. I kursu bitirdikdən sonra ortalama balınız 61-dən aşağı, akademik borcunuz 2-dən çox olmamalıdır. Qəbul iki mərhələdən ibarətdir. İmtahan mərhələsində ingilis dili və məntiqin hər birindən 50 sual cavablandırırsız. Müsahibə mərhələsində isə 3 şəxs oturur. Onlardan biri psixoloq, digərləri müəllimlər olur. Onlar sizi həm psixoloji cəhətdən, həm də biliyinizi və dünyagörüşünüzü yoxlayırlar. Müsahibə mərhələsində aldığınız bal, imtahan nəticəsi ilə toplanır. Sıralama yaradılır və buna görə qrup yaradılır.
SABAH qrupları
Tələbələr yığıldıqdan sonra 12 universitet daxilində fakültələr üzrə xüsusi qruplar açılır.Qruplarda minumum 15, maksimum 30 nəfər olur. Tələbələrin seçimindən asılı olaraq həm ingilis, həm də Azərbaycan bölməsi üzrə qruplar olur. Bu qruplar “SABAH” adı altında fəaliyyət göstərirlər. Bu qruplarda əlaçılar 70, zərbəçilər isə 55 manat əlavə təqaüd alırlar.
SABAH qruplarının fəaliyyət göstərdiyi universitetlər
Bakı Dövlət Universiteti
Azərbaycan Dövlət İdarəçilik Akademiyası
Azərbaycanda Dövlət Neft və Sənaye Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti
Azərbaycan Dillət Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Bakı Slavyan Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Bakı Musiqi Akademiyası
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Bakı Mühəndislik Universiteti
Fərqlər
Məsələn, siz Gəncə Dövlət Universitetində təhsil alırsız, SABAH-a qəbul olduğunuz zaman Bakı Dövlət Universitetində də təhsilinizi davam etdirə bilərsiz. SABAH-ın tələbəsi bildirib ki, bu qruplarda oxuyanların xaricdə təhsil imkanı daha genişdir:
“Təhsil üçün böyük üstünlüklər yaradılır. Məsələn, ilk məzunlarımızın bir qismi xaricdə magistr üzrə təhsil alırlar. Biz ingilis dilini dərinləşmiş formada keçirik. Normal universitet tədris proqramından əlavə, ildə 90 saat ingilis dili dərsləri tədris olunur. Buna görə, xaricdə təhsil üçün bizim tələbələrin şansı daha çox olur. İngilis bölmələrində isə xaricdən gələn müəllimlər də dərs deyir”.