Azedu.az

Beynəlxalq yay məktəbinin iştirakçıları Şəkidə

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Tələbələr

5 Avqust 2023, 12:51
Beynəlxalq yay məktəbinin iştirakçıları Şəkidə

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Enerji keçidində: Postneft iqtisadiyyatı, alternativ enerji, ətraf mühitin mühafizəsi” mövzusunda Beynəlxalq yay məktəbinin iştirakçıları Şəki rayonuna ekskursiya ediblər.

 

Bu barədə AzEdu.az-a Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) məlumat verilib. Bildirilib ki, tədbir iştirakçıları ekskursiya zamanı Azərbaycan memarlığının incilərindən olan Şəki Xan Sarayını və digər tarixi abidələri ziyarət edib, Kİş kəndi, həmçinin qədim ipəkçilik ənənələri və yerli mətbəxlə tanış olublar.

 


Qeyd edək ki, ADNSU və Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən təşkil olunan 5-ci Beynəlxalq yay məktəbinə Azərbaycandan və Almaniyadan tələbələr qatılıb.

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox