Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə 8-9 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının 2-ci cəhdinin nəticələri açıqlanıb.
Sosial şəbəkələrdə ən çox ünvanlanan suallardan biri lV və l qrup qəbul imtahanın 2-ci cəhdində iştirak edən abituriyentlərin nəticələri ilə bağlıdır.
Bəs onların imtahan nəticələri nə zaman açıqlanacaq?
DİM-dən AzEdu.az-a bildirilib ki, hazırda imtahan materiallarının emalı prosesi gedir:
"Proses başa çatan kimi, nəticələr elan olunacaq. Hələlik dəqiq tarix demək mümkün deyil".
Qeyd edək ki, lV və l qrupların ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci cəhddi 22-23 iyul tarixlərində keçirilib.