Azərbaycan Tibb Universiteti (ATU) məzunu Cavid Heybətov fakültənin "Şərəf" kitabına düşən ilk tələbə olub.
AzEdu.az xəbər verir ki, C.Hüseynov 2016-cı ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olunub. Bu il isə ATU-nu fərqlənmə diplomu ilə bitirib.
Müdafiə nazirinin əmri ilə, birbaşa “Baş leytenant” rütbəsi ilə təltif edilib.
Qeyd edək ki, Cavid Hüseynov Vətən müharibəsi iştirakçısıdır.