Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş, eləcə də əlilliyi müəyyən edilmiş vətəndaşlarımızın ödənişli təhsil alan övladlarının təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, bu kateqoriyalardan olan ümumilikdə 2465 nəfərin təhsil haqqı dövlət tərəfindən qarşılanır:
Ali təhsil müəssisələrində (tibb müəssisələri də daxil) təhsil alan - 1863
Orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alan - 577
Peşə təhsili müəssisələrində təhsil alan - 25