UNEC-də 1021 dərsdə monitorinqlər keçirilmişdir.
AzEdu.az xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov məlumat verib.
“UNEC-də təhsilin keyfiyyətinin artırılması məqsədilə zəruri tədbirləri görmək və müəllimlərin təlimlərə olan ehtiyaclarını müəyyən etmək üçün cari tədris ilində cəmi 1021 dərsdə, o cümlədən payız semestrində 601, yaz semestrində isə 420 dərsdə monitorinqlər keçirilmişdir.
Monitorinqi keçirilmiş 24 dərsin keyfiyyəti qeyri-qənaəbəxş qiymətləndirilmişdir".
Son olaraq “Hər şey daha da yaxşı olacaq!”- deyə Ədalət Muradov bildirib.