Bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 2978 tələbənin iştirakı gözlənilirdi.
İmtahanın idarəolunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 277 nəzarətçi-müəllim, 37 buraxılış rejimi əməkdaşı (mühafizə), 13 bina nümayəndəsi ayrılıb.
İlkin məlumatlara əsasən 1 nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb.
İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.